Modern.az

İsmət Abbasov argentinalı diplomatla görüşüb

İsmət Abbasov argentinalı diplomatla görüşüb

Aktual

13 Sentyabr 2012, 17:37

Kənd təsərrüfatı naziri İsmət Abasov bu gün Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jorge Roballo ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın vəziyyəti müzakirə olunub. 

İsmət Abasov bildirib ki, iki ölkə arasında kənd təsərrüfatı və ərzaq məhsullarının müəyyən həcmdə ticarət dövriyyəsi olsa da, ümumilikdə ticarət əlaqələri mövcud potensialdan aşağıdır. Belə ki, 2011-ci ildə Argentinadan Azərbaycana 16 milyon 915 min ABŞ dolları dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən heyvan və bitki mənşəli piy və yağlar, heyvan yemləri, yağlı toxumlar və meyvələr, qoz-fındıq, süd məhsulları və digər məhsullar idxal olunub, Azərbaycandan Argentinaya isə 1500 ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac olunub. 2012-ci ilin yanvar-iyun aylarında isə Argentinadan Azərbaycana 6 milyon 16 min ABŞ dolları dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən süd məhsulları, quş yumurtası, təbii bal, heyvanlar üçün hazır yemlər, heyvan və bitki mənşəli piy və yağlar, yağlı toxumlar, meyvələr və digər məhsullar idxal olunub: “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Argentina Respublikasının Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma memorandumunda əməkdaşlığın sürətləndirilməsi məqsədilə Birgə Əməkdaşlıq Proqramının tərtib olunması nəzərdə tutulur və bu Proqramın tərtib olunması istiqamətində əməkdaşlıq sahələri üzrə aidiyyəti ekspertlərin qarşılıqlı səfərlərinin və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədə müvafiq hesab olunur”. 

Jorge Roballo səmimi qəbula görə öz təşəkkürünü bildirərək fəaliyyəti dövründə iki ölkə arasında ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə öz səylərini əsirgəməyəcəyini bildirib.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar