Modern.az

Zəlimxan Yaqub da Ağa Laçınlının varislərini müdafiə etdi

Zəlimxan Yaqub da Ağa Laçınlının varislərini müdafiə etdi

13 Sentyabr 2012, 18:18


Xalq şairi, ictimai xadim Zəlimxan Yaqub mərhum şair Ağa Laçınlının varislərinin hüquqlarını müdafiə etdi. Bu haqda Modern.az-a danışan şair bildirdi ki, Ağa Laçınlı Azərbaycanın ən hörmətli, ən nüfuzlu şairlərindən biridir.
“İstər sağlığında, istər öləndən sonra onun torpağına toxunmaq lazım deyil. O, bizim hörmətli şairlərimizdən olub. Halal adam idi. Onun bağına, bağçasına soxulmaq, toxunmaq olmaz”, – deyə Z.Yaqub vurğulaydı.

Xatırladaq ki, Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədov anasının adına rəsmiləşdirdiyi sənədlə mərhum şair Ağa Laçınlıya verilmiş torpaq sahəsini zəbt edib. Rəsmi dövlət qəzeti “Azərbaycan”ın 5 sentyabr sayında dərc edilən “Şairə verilən torpaq sahəsini saxta yolla ələ keçirmək istəyirlər” başlıqlı yazı bu məsələyə həsr olunub.

 Bu məsələ ilə bağlı ictimai xadimlər də öz fikirlərini bildiriblər.

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır