Modern.az

Daha 35 minə yaxın vətəndaşımız peyvənd olundu

Daha 35 minə yaxın vətəndaşımız peyvənd olundu

Aktual

13 Aprel 2021, 16:38

Azərbaycanda son sutkada 34976  nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 28777 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 6199 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1212163 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 787066 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 425097  nəfərdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi