Modern.az

Lukaşenkonun Azərbaycana səfəri BAŞLAYIB

Lukaşenkonun Azərbaycana səfəri BAŞLAYIB

13 Aprel 2021, 18:08

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Belarus Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

 

Belarus Prezidentinin səfəri iki gün çəkəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub