Modern.az

Nazirlər Kabinetindən tibb işçiləri ilə bağlı QƏRAR

Nazirlər Kabinetindən tibb işçiləri ilə bağlı QƏRAR

13 Aprel 2021, 20:03

Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" qərarında dəyişiklik edib. 

 

Modern.az xəbər verir ki, dəyişikliyə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti iyunun 1-dək uzadılıb. 

 

Bundan əvvəl bu müddət martın 31-dək olub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir