Modern.az

Samuxda maşın aşdı - xəsarət alan var

Samuxda maşın aşdı - xəsarət alan var

Aktual

13 Aprel 2021, 21:06

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Zazalı kəndində qeydə alınıb.

 

Hərəkətdə olan "QAZ 31" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil aşıb, daha sonra yol kənarındakı ağaca çırpılıb.

 

Qəza zamanı sürücü, 1993-cü il təvəllüdlü Arzu Mədətov müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır (apa).

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?