Modern.az

“Gürcüstan Bayden administrasiyası ilə sıx əməkdaşlığa ümid edir” - Nazir

“Gürcüstan Bayden administrasiyası ilə sıx əməkdaşlığa ümid edir” - Nazir

Aktual

13 Aprel 2021, 21:31

Gürcüstanın xarici işlər naziri David Zalkaliani və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə XİN başçısı tvitter hesabında məlumat verib.

 

O, söhbət zamanı Gürcüstan və bölgədə təhlükəsizlik, ABŞ-la strateji tərəfdaşlıq və Gürcüstanda demokratik konsolidasiya məsələlərinin müzakirə olunduğunu bildirib.

 

“ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünü, həmçinin Avroatlantik strukturlara inteqrasiyasına qətiyyətli dəstəyi mühüm əhəmiyyət kəsb edir. Biz, tərəfdaşlığın daha da gücləndirilməsi üçün Bayden administrasiyası ilə sıx əməkdaşlığa ümid edirik”, - D.Zalkaliani yazıb.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?