Modern.az

Paytaxtda yeniyetmələr arasında dava - bıçaqlananlar var

Paytaxtda yeniyetmələr arasında dava - bıçaqlananlar var

13 Aprel 2021, 23:13

Bakının Nərimanov rayonunda 4 nəfər arasında dava düşüb.

 

Modern.az xəbər verir ki, hadisə F.Yusubov küçəsində qeydə alınıb.

 

2005-ci il təvəllüdlü Quliyev Ramiz Ramin oğlu və dostu 2004-cü il təvəllüdlü Xasıyev Firuz Zahid oğlu iki nəfər naməlum şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. R.Quliyev qarnının ön divarının kəsilmiş-deşilmiş yaraları ilə, F.Xasıyev isə döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

 

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır (apa).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat