Modern.az

Ermənilər İlham Əliyevin Fransa səfərində təxribat etmək istəyirlər

Ermənilər İlham Əliyevin Fransa səfərində təxribat etmək istəyirlər

14 Sentyabr 2012, 09:44

Ermənilər Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 18-də Fransaya gözlənilən qeyri-rəsmi səfəri müddətində etiraz aksiyaları keçirməyə hazırlaşırlar.

Modern.az xəbər verir ki, bu barədə “Armenia today” məlumat yayb. Erməni mənbəsi bildirib ki, Fransadakı ermənilər İlham Əliyevin səfərilə bağlı xüsusi hazırlıq görüblər, müxtəlif dillərdə plakatlar, şüarlar hazırlayıblar.

Ermənilər bunları Azərbaycanın Fransadakı səfirliyinin binası qarşısında qaldıracaqlarını və azərbaycanlı zabit Ramil Səfərovun azadlığa buraxılmasına etiraz edəcəklərini bəyan ediblər.

Parisdəki erməni diasporu bu aksiyalara səfərbər olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır