Modern.az

Hillari Klinton filmi qınadı, filmə qarşı şiddətə isə səbəb görmədi

Hillari Klinton filmi qınadı, filmə qarşı şiddətə isə səbəb görmədi

Dünya

14 Sentyabr 2012, 09:47

ABŞ-ın Xarici işlər naziri Hillari Klinton, Ərəb dünyasında etirazlara səbəb olan İslam əleyhinə filmin “iyrənc və qınağa səbəb ollan” bir film olduğunu söyləyib.

Modern.az-ın türk mətbuatına istinadən xəbər verir ki, ABŞ Xarici işlər nazirliyində çıxış edən Klinton, hökumətin filmlə heç bir əlaqəsinin olmadığını, filmin məzmununu və mesajlarını qətiliklə rədd etdiklərini vurğulayıb. ABŞ-ın dini tolerantlığa olan bağlılığının bir neçə yüz ili əhatə etdiyini deyən Klinton, ölkəsinin bütün dinlərə böyük hörmət göstərdiyini söyləyib. Klinton film haqqında bunları deyib:

“Bizə görə, fərdi olaraq da mənə görə, bu video iyrənc və qınanmağı haqq edir. Böyük bir dini ləkələmək və kiçiklətməklə, insanları hiddətə gətirməyi məqsəd qoyduğu görülür. Ancaq dünən dediyim kimi, bu videoya şiddətlə cavab verməyin heç bir haqlı səbəbi yoxdur. Meydana gələn şiddəti ən güclü ifadələrlə qınayırıq. ABŞ ilə bərabər, dünyada yaşayan çox sayda müsəlmanın bu mövzuda səsini çıxarmasını dərin təqdirlə qarşılayırıq''.

Klinton şiddətin dində də heç bir yeri olmadığına inandıqlarını deyib.

“İslam da digər dinlər kimi, insanın şərəfinə hörmət duyur və günahsızlara hücumlar təşkil etmək bu şərəfin pozuntusudur. Din adına, Tanrı adına qan tökmək və günahsızları ölddürmək  istəyənlər olduqca, dünya, gerçək bir sülhü heç vaxt görməyəcək'' deyə ABŞ Xarici işlər nazir vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?