Modern.az

“Azərbaycan diasporu üzvlərinə qarşı məqsədli qəsd planı yoxdur” - Komitə rəsmisi

“Azərbaycan diasporu üzvlərinə qarşı məqsədli qəsd planı yoxdur” - Komitə rəsmisi

14 Sentyabr 2012, 10:13

“Azərbaycan diaspor üzvlərinə qarşı sui-qəsd halları əvvəllər müşahidə edilməyib. Bu il iki hadisənin olması isə onu deməyə əsas vermir ki, kütləvi şəkildə Azərbaycan diaspor üzvlərinə qarşı plan hazırlanıb”.
Bu sözləri Modern.az saytına açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov deyib. O bildirib ki, Rusiya və Ukraynada baş verən hadisə ilə bağlı tədbirlər görülür.

“Bu ilin may ayında Ukraynada Donetsk Azərbaycanlıları Konqresinin sədri İqbal Mahmudov öldürüldü, onunla bağlı tədqiqat işləri aparılır. İndi də bu hadisə baş verdi: Ulyanovsk vilayəti üzrə Ümumrusiya Azərbaycan Konqresinin regional şöbəsinin rəhbəri İslam Hüseynova sui-qəsd edilib. Yəni kütləvi şəkildə diaspor üzvlərini qarşı deməzim ki, plan hazırlanıb və ya bu işlər planlı şəkildə qurulub”.  
Təhlükəsizlik məsələlərinə gəlincə isə B. Nəzərov qeyd edib ki, diaspor üzvlərinin yaşadıqları ölkələrin qayda-qanunları var və hüquq-mühafizə orqanları bu məsələni araşdırır.

”Sonuncu baş verən hadisədə İslam Hüseynovun öz cangüdəni və təhlükəsizlik xidməti var idi, amma bu hadisə baş verdi”.  

Aytən Əliyeva  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu