Modern.az

Türkiyə xarici işlər naziri Brüsselə gedir

Türkiyə xarici işlər naziri Brüsselə gedir

Aktual

14 Aprel 2021, 11:31

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Brüsselə səfər edəcək.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Mövlud Çavcuşoğlu NATO-nun qərarverici orqanı olan Şimali Atlantika Şurasının görüşünə iştirak edəcək.

 

Türkiyə XİN başçısı həmçinin, ABŞ Müdafiə naziri Lloyd Ostin, dövlət katibi Entoni Blinkin, NATO Baş katibi Yens Stoltenberq, Almaniya XİN başçısı Hayko Maas, İtaliya XİN başçısı Luiqi Di Mayo və Britaniya XİN başçısı Dominik Raabın qatıldığı "Framework+UK" görüşündə iştirak edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?