Modern.az

“Türk dünyası birləşməlidir, amma Turan adı altında deyil” – Tarixçi alim

“Türk dünyası birləşməlidir, amma Turan adı altında deyil” – Tarixçi alim

14 Aprel 2021, 12:44

Türkiyə, Azərbaycan, Qazaxıstan ortaq tarixinin yaradılması ilə bağlı razılıq əldə olunub. Maraqlıdır ki, ortaq tarixin tərkibində hansı tarixi hadisələr yer alacaq.

Tarix elmləri doktoru, professor Anar İsgəndərov mövzu ilə bağlı Modern.az-a danışıb. O qeyd edib ki, biz güclü olmaq istəyiriksə, Türk dünyası birləşməlidir, amma Turan adı altında deyil:

“Türk dövlətlərinin əməkdaşlığı ən yüksək səviyyədə aparılmalıdır. Tarix hər zaman müqayisəni sevir. 44 günlük müharibə zamanı biz yanımızda hansı dövləti gördük? Təbii ki, Türkiyə Cümhuriyyətini, sonra isə digər dövlətləri. Biz çox istəyərdik ki, bütün Türk cümhuriyyətləri Azərbaycanın yanında olsun. Dünya bu birliyi görsəydi, geri çəkilərdi, haqqı müdafiə edən daha çox olardı. Dünyada hər şey gücə bağlıdır. Dövlətlər haqq-ədalətin yox, gücü çox olanın yanına toplaşır. Bu mənada türkdilli dövlətlərin ortaq tarixinin yaradılmasına hava, su qədər ehtiyac var. Amma o tarixdə Çaldıran döyüşü, Şeybani-Səfəvi döyüşü və s. bunlar öndə olmamalıdır. Demirəm ki, onlar tarixdən çıxarılsın, sadəcə, bu ortaq tarixdə elə döyüşlər diqqət cəlb etməlidir ki, hər kəs bilsin ki, Türk dövlətləri bir-birinin yanında olub. Məsələn, 1915 Çanaqqala, 1918-ci ildə Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusu və ya 1922-ci ildə şəhid olan Ənvər Paşa və s. Tarix xalqları, dövlətləri birləşdirməyi çox sevir”.
A.İsgəndərli bildirib ki, Azərbaycan keçmiş SSRİ-nin tərkibində olan zaman, yəni 70 il müddətində keçdiyimiz tarixin ana xəttini Azərbaycana ən böyük düşməninin türklər olması təşkil edirdi. Bu, 70 il müddətində bütün kitablara salındı. Bir tarix ki xalqa fayda gətirmir, əksəriyyəti böhtandır, o tarix deyil və səhnədən getməlidir. Səhnəyə Türk dünyasının böyüklüyünü təbliğ edən tarix gəlməlidir.
Bütün Türk xalqlarının ortaq tarixi olmalıdır. Hər zaman bu fikrin təbliğatçısı olmuşam, ortaq tariximiz yazılmalıdır ki, biz daha güclü olaq. Tariximizi daha dərindən bilsək, dünyanın birliyimizi pozmağa gücü çatmaz”.


Mehri QURBAN

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu