Modern.az

Binəqədidə 1500 abonentin qaz təchizatı dayandırıldı - FOTO

Binəqədidə 1500 abonentin qaz təchizatı dayandırıldı - FOTO

Aktual

14 Aprel 2021, 13:00

Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 14-cü döngə adlanan ərazidə avtomobil qəza nəticəsində qaz xəttini yararsız hala salıb.

 

"Azəriqaz" İstehsalat Birliyindən Modern.az-a verilən məlumata görə, qəza səbəbindən 1500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

 

Həmçinin, Şirvan şəhərinin Şirvani küçəsində də Şaqman markalı yük avtomobili qəza törədərək qaz xəttinin yol keçidi hissəsini yararsız hala salıb. 150-ə yaxın abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

 

Qısa zamanda hər iki qəza ilə əlaqədar qeyd olunan ərazilərdə qaz təchizatının bərpası üçün təmir işləri aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?