Modern.az

Ötən gün 31 mindən çox şəxsə vaksin vurulub

Ötən gün 31 mindən çox şəxsə vaksin vurulub

14 Aprel 2021, 16:40

Azərbaycanda son sutkada 31028  nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 26347 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 4681 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1243191nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 813413 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 429778 nəfərdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir