Modern.az

Payız imtahanlarında şagirdləri pis nəticə göstərən rayonların adları açıqlanıb - SİYAHI

Payız imtahanlarında şagirdləri pis nəticə göstərən rayonların adları açıqlanıb - SİYAHI

14 Sentyabr 2012, 11:56

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9-cu siniflər üçün sentyabrın 9-da keçirilən payız imtahanının nəticələri barədə əlavə məlumatlar açıqlayıb.

Modern.az xəbər verir ki, bu gün TQDK-da keçirilən mətbuat konfransında bildirilib ki, payız buraxılış imtahanında iştirakı gözlənilən 28483 şagirddən 6404 nəfər imtahanda iştirak etməyib. Şagirdlərdən 11 nəfəri müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahanın gedişinə mane olma cəhdlərinə görə imtahandan xaric edilib və nəticələri ləğv edilib.
İmtahanda iştirak edən 22068 şagirddən 5133 nəfəri yalnz Ana dilindən imtahan verib, onlardan 4295 nəfəri müvəffəq qiymət alıb. Riyaziyyat fənnindən imtahan verən 11943 şagirddən isə 9056 nəfəri qiymət ala bilib. Həmçinin 4990 nəfəri hər iki fəndən imtahan verib, onlardan 2552 nəfəri məqbul qiymət alıb.

Ümumilikdə isə imtahanda iştirak edənlərin 15903 nəfəri şəhadətnamə almaq üçün tələb olunan nəticəni göstərib.
Qeyd edək ki, buraxılış imtahanında Ana dili və riyaziyat fənninin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdikləri düzgün cavabların sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.
Respublika üzrə imtahanda iştirak etməsi gözlənilən şagirdlərdən 22,48 faizi imtahanda iştirak etməyib. Bunlardan 45,92 faizi Biləsuvar, 39,82 faizi Salyan,  39,91 faizi Yardımlı, 38,77 faizi Saatlı, 38,68 faizi Sabirabad, 36,22 faizi Astara rayonu üzrə qeydə alınıb.  

Payız buraxılış imtahanın nəticələrinə dair statistik məlumat isə belədir: Ana dilindən 2371 nəfər, rus dilindən 35 nəfər, ümumilikdə 2406 nəfər “2” alıb. Ana dilindən 7353 nəfər, rus dilindən 228 nəfər, cəmi 7581 nəfər “3” alıb. Ana dilindən 115 nəfər, rus dilindən 16 nəfər, cəmi 131 nəfər “4” alıb. Ana dilindən 6 nəfər, riyaziyyatdan 5 nəfər, rus dilindən bir nəfər, cəmi 17 nəfər “5” alıb.  

Mail AĞAXANOV
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir