Modern.az

Azərbaycanda bir neçə məmur rüşvət üstündə tutuldu

Azərbaycanda bir neçə məmur rüşvət üstündə tutuldu

Təhsil

14 Sentyabr 2012, 12:38

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə əməkdaşı tutulub.  Modern.az-ın məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarından APA-ya bildirilib. 

Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayonunda əməliyyat keçirilib. Əməliyyat nəticəsində xidmətin Saatlı rayon şöbəsinin rəisi İlqar Atayev, Daşkəsən rayon şöbəsinin rəis müavini Ramil İsmayılov, Göyçay rayon şöbəsinin əməkdaşı Marif Nəsibov korrupsiya faktı ilə əlaqədar saxlanılıblar. Onlar rüşvət almaqda təqsirli bilinirlər.

Məlumata görə, hazırda xidmətin digər rayon şöbələrində də yoxlamalar aparılır. Daha bir neçə nəfərin həbs ediləcəyi gözlənilir.

Qeyd edək ki, prezident İlham Əliyev bu il fevralın 13-də “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Arzu Rəhimov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!