Modern.az

Çempionlar Liqasında bütün yarımfinalçılar bilindi

Çempionlar Liqasında bütün yarımfinalçılar bilindi

Aktual

15 Aprel 2021, 00:54

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

 

Modern.az xəbər verir ki, İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları növbəti raunda vəsiqə qazanıblar.

 

"Kral klubu" evdə qalib gəldiyi İngiltərə "Liverpul"u ilə səfərdə qolsuz heç-heçəyə razılaşaraq, adını yarımfinala yazdırıb.

 

"Şəhərlilər" isə Mançesterdə 2:1 hesabı ilə məğlub etdiyi Dortmund təmsilçisinə səfərdə də eyni aqibəti yaşadıb. Halbuki matçda ilk qolu meydan sahibləri vurublar. 15-ci dəqiqədə 18 yaşlı ingiltərəli yarımmüdafiəçi Cud Bellingem həmyerlilərinin qapısına yol tapıb. Birinci hissə meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb. İkinci yarıya daha yaxşı başlayan qonaqlar 55-ci dəqiqədə Riyad Mahrezin penaltidən vurduğu qolla tarazlığı bərpa ediblər. 75-ci dəqiqədə isə Fil Foden komandasına qələbə qazandıran qolun müəllifi olub.

 

UEFA Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2

Qollar: Cud Bellingem, 15 - Riyad Mahrez, 55 (penalti), Fil Foden, 75

İlk oyun - 1:2

23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 0:0

İlk oyun - 1:3

 

Qeyd edək ki, "Mançester Siti" yarımfinalda Fransa PSJ-si, "Real Madrid" isə İngiltərənin "Çelsi" klubu ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 27 - 28 apreldə, cavab qarşılaşmaları 4 - 5 mayda olacaq.

 

Final oyunu isə mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür