Modern.az

Azərbaycan deputatları müxtəlif ölkələrə gedirlər

Azərbaycan deputatları müxtəlif ölkələrə gedirlər

Təhsil

14 Sentyabr 2012, 12:55

Milli Məclisin bir neçə üzvü xarici ölkələrə səfərə gedəcəklər. Bu barədə Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  deputat Asəf Hacıyev və Musa Quliyev  Qara Dəniz  İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin  İqtisadiyyat, ticarət, texnologiya və ekologiya  məsələləri üzrə  komitəsinin 39-cu  və  təşkilatın reqlament  üzrə işçi qrupunun  iclaslarında  iştirak etmək üçün  sentyabrın  16-dan 22-dək  Türkiyənin Ankara  şəhərinə  səfər  edəcəklər.

Tədbirlərdə quruma üzv dövlətlərin dayanıqlı iqtisadi  inkişafında özəl sektorla tərəfdaşlığın rolu, təşkilatın 20 illiyinə həsr olunmuş Bəyanatın müzakirəsi və digər məsələlər barədə  fikir  mübadiləsi  aparılacaq.

Deputatlarımız müzakirə  edilən məsələlərə  münasibət  bildirəcəklər.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Azay Quliyev və Ağalar Vəliyev isə sentyabrın 22-də  Belarus  Respublikası Milli Şurasının Nümayəndələr  Palatasına  keçiriləcək  parlament  seçkilərini  müşahidə  etmək  üçün  Minskə  səfər  edəcəklər.

Deputatlarımız ölkənin paytaxtındakı bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə  hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.

 

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür