Modern.az

Yaddaşlarda qalan alim-pedaqoq

Yaddaşlarda qalan alim-pedaqoq

Aktual

15 Aprel 2021, 12:28

Gəncə Dövlət Universitetinin kollektivinə ağır itki üz vermişdir. Universitetin ən qocaman əməkdaşı, professor Abbas Səmədov 2021-ci il martın 23-də vəfat edib.

 

Abbas Abbas oğlu Səmədov 1927-ci ilin aprel ayının 10-da Qərbi Azərbaycanın Göyçə mahalına daxil olan Çəmbərək rayonunun Əmirxeyir kəndində anadan olub.

 

1949-cu ildə İrəvan Pedaqoji Texnikumunu, 1955-ci ildə Lenin adına ADPİ-ni (indiki ADPU) fərqlənmə diplomu ilə bitirəndən sonra Qərbi Azərbaycanın kəndlərində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışmışdır. 1965-ci ildə dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi, 1993-cü ildə filologiya elmlər doktoru dərəcəsi alıb.

 

Abbas Səmədov 1965-ci ildən GDU-da çalışmış, burada müəllim, dosent, nəhayət, professor səviyyəsinədək yüksəlmişdir. Özünün təşkilatçılığı ilə fərqlənən Abbas müəllim Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşı kimi elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, müxtəlif vaxtlarda qiyabi şöbənin, ibtidai təhsilin pedaqoqikası və metodikası, filologiya fakültəsinin dekanı vəzifələrində işləyib.

 

Abbas müəllimin yazdığı dərslik, dərs vəsaiti və monoqrafiyalar, 200-dən çox  elmi-metodiki məqaləsi göstərir ki, o, elmi sahədə məhsuldar fəaliyyəti ilə seçilən alimlərdən biridir. Onun əməyi dövlətimiz tərəfindən qiymətləndirilmiş, medallar və  “Fəxri fərman”larla mükafatlandırılıb.

 

Universitet rektorluğu və kollektiv üzvləri müəssisəmizin qocaman əməkdaşı, Heydər Əliyev ideyalarının alovlu təbliğatçısı, zəhmətkeş qələm sahibi, pedaqogika və ədəbiyyat tariximizin tədqiqatçısı Abbas Səmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər. 

 

Allah rəhmət eləsin.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır