Modern.az

Sabah Ali Neft Məktəbinin açılışı olacaq

Sabah Ali Neft Məktəbinin açılışı olacaq

14 Sentyabr 2012, 13:14

Sabah Ali Neft Məktəbinin açılışı olacaq. Modern.az-a daxil olan məlumata görə, açılış mərasımində Prezident İlham Əliyev də iştirak edəcək. Prezident ali məktəbin tələbələri ilə görüşəcək. Məktəbin açılışına dövlət rəsmiləri və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də qatılacaq.

Daha sonra tələbələr müxtəlif hədiyyələrlə mükafatlandırılacaq. Ali Neft Məktəbinə daxil olmuş 100-dən çox tələbəyə İPAD-lər veriləcək.

Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda dövlət müəssisəsi statusunda Bakı Ali Neft Məktəbi yaradılıb. Ölkə başçısının 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Elmar Qasımov Bakı Ali Neft Məktəbinin rektoru təyin olunub.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir