Modern.az

Gürcüstanın axtardığı azərbaycanlı HƏBS EDİLDİ

Gürcüstanın axtardığı azərbaycanlı HƏBS EDİLDİ

15 Aprel 2021, 14:20

Gürcüstan Respublikasının ərazisində  cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu daxil olub.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Gürcüstan Respublikasının vətəndaşı, bu ölkənin Cinayət Məcəlləsinin 276-cı maddəsinin 7-ci hissəsi (iki və daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) təqsirləndirilən Əliyev İlyas Qəzənfər oğlunun – 23 may 2018-ci ildə Gürcüstanın Marneuli şəhərindən Bolnisi şəhərinə gedən yolda idarə etdiyi nəqliyyat vasitəsinin istismarı qaydasını pozması nəticəsində yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iki şəxsin ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyənləşib.

Rustavi şəhər məhkəməsinin 17.12.2020-ci il tarixli hökmü ilə İlyas Əliyev 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İlyas Əliyev barəsində beynəlxalq axtarış elan olunub.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Gürcüstan Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə İlyas Əliyev 15 aprel 2021-ci ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?