Modern.az

Gürcüstanın prezidenti Ukraynaya səfər edəcək

Gürcüstanın prezidenti Ukraynaya səfər edəcək

Aktual

15 Aprel 2021, 15:50

Gürcüstan prezidenti Salome Zurabişvili və Ukrayna prezidenti Volodımır Zelenski arasında telefon danışığı aparılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyasından bildirilib.

 

S.Zurabişvili Rusiya-Ukrayna sərhədindəki və Krımdakı vəziyyətdən narahatlığını bildirib və Ukraynaya həmrəylik ifadə edib. O qeyd edib ki, Ukrayna və Gürcüstanın təhlükəsizliyi üçün Avroatlantik inteqrasiyanı davam etdirmək önəmlidir.

 

Dövlət başçıları Qara dəniz bölgəsində təhlükəsizliyin vacibliyini, NATO-Avropa İttifaqı sammitində Gürcüstan və Ukraynanın birgə məqsədlərinin təqdim olunmasının zəruriliyini vurğulayıblar.

 

Tərəflər bu məsələlərin Gürcüstan prezidentinin Ukraynaya gözlənilən səfəri zamanı müzakirə olunması ilə bağlı razılığa gəliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?