Modern.az

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Təhsil

14 Sentyabr 2012, 13:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 15-də hava şəraitinin günün birinci yarısında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 25-29 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

 Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!