Modern.az

Tofiq Zülfüqarovdan Xarici İşlər Nazirliyi yanında İctimai Şura ilə bağlı TƏKLİF

Tofiq Zülfüqarovdan Xarici İşlər Nazirliyi yanında İctimai Şura ilə bağlı TƏKLİF

Aktual

15 Aprel 2021, 15:59

“İctimai iştirakçılıq haqqında” Qanun vətəndaşların dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Bu gün ictimai iştirakçılığın ən populyar forması müxtəlif dövlət qurumlarının yanında yaradılan İctimai şuralardır.

Səlahiyyət müddəti 2 il olan İctimai şuralar 5-15 üzvdən ibarət tərkibdə bu Qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir. 16 yaşına çatmış hər bir vətəndaş İctimai şuranın üzvü ola bilər.

Bəzi məlumatlara görə, anoloji qurum Xarici İşlər Nazirliyi yanında da yaradılacaq.

 

Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da hesab edir ki, XİN yanında İctimai Şuraya artıq ehtiyac var:


“İctimai Şura qanunla nəzərdə tutulan bir məsələdir. Bəzi nazirliklər yanında İctimai şuralar mövcuddur, XİN-də də şuranın yaradılması çox yaxşı olar. Çünki XİN-in vəzifələrindən biri də xarici siyasətin istiqamətlərini, nüanslarını ictimaiyyətə çatdırmaqdır. Hansı addımların atıldığı, nələrin aktual olduğunu cəmiyyət də başa düşməlidi. İctimaiyyət tərəfindən irəli sürülən hansısa təşəbbüslər nazirlikdə müzakirə oluna bilər. Hansısa ölkənin münasibətini öyrənmək üçün həm rəsmi mövqe, həm  də ictimaiyyətin rəyi çox vacibdir”.


Tofiq Zülfüqarov XİN-in sabiq rəhbəri kimi İctimai Şurada təmsil olunacağı iddialarına da aydınlıq gətirib.

Diplomat bu iddiaların əsası olmadığını vurğulayıb:

“Mənim İctimai Şura yaradılacağı, orada rol oynayacağım barədə heç bir məlumatım yoxdur. XİN-də İctimai Şura yaradılarsa, üzvləri politoloqlar, hüquqşünaslar, iqtisadçılar və media qurumlarının əməkdaşları ola bilər”.


Aysel Aslan
Humay İsgəndərova 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?