Modern.az

ABŞ Rusiyaya qarşı sanksiya tətbiq etdi - Bayden fərman imzaladı

ABŞ Rusiyaya qarşı sanksiya tətbiq etdi - Bayden fərman imzaladı

15 Aprel 2021, 16:26

ABŞ Rusiyaya qarşı sanksiya tətbiq edib.

 

Modern.az-ın məlumatına görə, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiya tətbiq edilməsi barədə Fərman imzalayıb. 

Sanksiya nəticəsində Rusiyanın Vaşinqtondakı diplomatik korpusunun 10 əməkdaşı ABŞ-dan çıxarılacaq.

Bundan əlavə, ABŞ öz şirkətlərinə Rusiya Mərkəzi Bankı, Rusiya Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızları almağı qadağan edib.

ABŞ-ın Maliyyə Nazirliyi isə Rusiyanın Amerikadakı seçkilərə müdaxilədə şübhəli bilinən 16 qurumu və 16 fiziki şəxsinə sanksiya tətbiq edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı