ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi yeni sanksiyalar barədə danışan Zaxarova Rusiyanın buna cavabının qaçılmaz olduğunu qeyd edib:
Səfir Con Sallivan Rusiya XİN-ə ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqədar izahat üçün çağırılıb.