Modern.az

Şentop Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşüb

Şentop Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşüb

Aktual

15 Aprel 2021, 18:20

Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Cahid Bağçı ölkəmizə gələcək. 

 

Modern.az xəbər verir ki, bu təyinatdan öncə Türkiyə Böyük Millət Məclisinin deputatı olan Cahid Bağçı məclis sədri Mustafa Şentopla görüş keçirib. 

 

Yeni səfir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

Xatırladaq ki, bu gün Türkiyənin Azərbaycandakı sabiq səfiri Erkan Özoralın səlahiyyət müddəti bitib və o ölkəsinə qayidib. Yeni səfir Cahid Bağçının yaxın günlərdə vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?