Modern.az

Xətai sakinləri Nazirlər Kabinetinin qarşısında aksiya keçirdilər

Xətai sakinləri Nazirlər Kabinetinin qarşısında aksiya keçirdilər

Təhsil

14 Sentyabr 2012, 14:03

Xətai rayonu Cavanşir 38 unvanındakı qəzalı yataqxanada yaşayan bir qrup sakin bir qədər öncə Nazirlər Kabinetinin qarşısında piket keçirib. Modern.az xəbər verir ki, sakinlər  yaşadıqları qəzalı binadan köçürmələrini istəyiblər. Qeyd ediblər ki, 2000-ci ilin noyabr zəlzələsindən sonra bu binada yaşayan insanları evlə təmin etmək üçün dövlət hesabına 18 mərtəbəli 432 mənzilli iki yaşayış binası tikilsə də, həmin mənzillər sonradan kənar şəxslərə satılıb.

Sakinlər deyiblər ki, bununla bağlı dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova şikayət etmək istəsələr də, onlara qulaq asan olmayıb.

Polisin müdaxiləsi nəticəsində aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!