Modern.az

Ermənilərin Qarabağda basdırdıqları minaya öz zabitləri düşdü

Ermənilərin Qarabağda basdırdıqları minaya öz zabitləri düşdü

15 Aprel 2021, 23:31

Ermənistanın Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ qrupunun komandiri Qarabağda aparılan axtarış əməliyyatı zamanı minaya düşüb.

 

Modern.az xəbər verir ki, operativ qrupun 1975-ci il təvəllüdlü komandiri (ad-soyadı açıqlanmır-red) bu gün günorta saatlarına mina partlayışı zamanı yaralanıb.

 

Partlayış zamanı onun sağ ayağından xəsarət aldığı bildirilir. O, Xankəndinin Tibb Mərkəzinə çatdırılıb.

Həkimlər yaralının həyatı üçün hər hansı təhlükənin olmadığını bildiribər. FHN-in əməkdaşı cərrahi əməliyyat edilib.

 

Qeyd edək ki, bu, Qarabağda müharibənin dayandırılmasından sonra ermənilərin axtarış-xilasetmə əməliyyatları zamanı xəsarət almaları ilə bağlı üçüncü hadisədir. Daha əvvəl ermənilərin basdırdıqları mina partlayışı ilə bağlı iki analoji hadisə baş verib.

 

Xatırladaq ki, Ermənistan noyabrın 10-da imzalanmış Qarabağ bəyanatını pozaraq minalanmış ərazilərin sərhədlərini təqdim etməkdən imtina edir (report).

 

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat