Modern.az

Qaqauziyanın rəhbəri açılış mərasiminə xarıbülbül nişanı ilə qatıldı - FOTO

Qaqauziyanın rəhbəri açılış mərasiminə xarıbülbül nişanı ilə qatıldı - FOTO

16 Aprel 2021, 00:51

Moldovanın Qaqauziya muxtar vilayətinin başçısı İrina Vlax Komrat bələdiyyəsindəki tədris müəssisəsinin rəsmi açılış mərasiminə qatılıb.

 

Modern.az xəbər verir ki, mərasim zamanı vilayət başçısının pencəyində Vətən müharibəsində Azərbaycanın qələbə rəmzinə çevrilən xarıbülbül döş nişanının olması diqqətdən yayınmayıb.  

 

Bununla da, Qaqauziya rəhbəri qardaş Azərbaycan xalqına haqlı savaşda öz dəstəyini ifadə edib.

Tədbirdən fotolar İ.Vlaxın rəsmi “Facebook” səhifəsində yayımlanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat