Modern.az

Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyana şeirlə CAVAB VERDİ

Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyana şeirlə CAVAB VERDİ

16 Aprel 2021, 09:47

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan baş naziri Nikol Paşinyanın ölkə parlamentində söylədiyi iddiaları şərh edib.

Nazirlikdən Modern.az-a verilən şərhdə bildirilib ki, 14 aprel tarixində Ermənistan parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.


“N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda.”

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat