Modern.az

TÜRK PA “Elektron ticarət haqqında” model qanun müzakirə olunub

TÜRK PA “Elektron ticarət haqqında” model qanun müzakirə olunub

16 Aprel 2021, 10:06

Dünən TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyası çərçivəsində Elektron ticarət haqqında model qanun layihəsi üzrə seminar onlayn formatda təşkil edilib.

 

Modern.az xəbər verir ki, üzv ölkələrin parlamentlərinin müvafiq komitələri, nazirliklər və qurumlardan olan ekspertlər, habelə TÜRKPA Katibliyinin nümayəndələri tədbirdə iştirak edib.

 

Baş katibin müavini Ali Yıldız məsələ ilə bağlı geniş məlumat verib, bunun vacibliyini söyləyib.

 

COVID-19 pandemiyası və ondan irəli gələn məhdudlaşdırıcı tədbirlər fonunda müvafiq olaraq öz ölkələrindəki cari iqtisadi vəziyyətə dair iştirakçılar məlumat veriblər.

 

Ekspertlər ilkin olaraq TÜRKPA Katibliyi tərəfindən hazırlanmış Elektron ticarət haqqında model qanun layihəsini müzakirə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat