Modern.az

Üç ayda 7 mindən çox elektron pensiya təyin olunub

Üç ayda 7 mindən çox elektron pensiya təyin olunub

16 Aprel 2021, 10:20

2021-ci ilin ilk rübündə e-qaydada 17,6 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Modern.az-a verilən məlumata görə, onlardan 7,7 mini pensiya, 9,9 mini müavinət və təqaüd təyinatları olub.

 

Rəsmi məlumata görə, sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə pensiya, müavinət və təqaüd təyin edilib.

 

E-təyinat sistemləri xüsusilə postmüharibə dövründə şəhid ailələrinə sosial ödənişlərin operativ təyinatına imkan verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat