Modern.az

Nazirlikdən Eldar Əzizova göstəriş - Budamanı dayandırın!

Nazirlikdən Eldar Əzizova göstəriş - Budamanı dayandırın!

16 Aprel 2021, 11:00

Bakı şəhəri Yasamal rayonu Şərifzadə-192 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Xidmətin rəsmisi Vaqif Cavadov Modern.az-a bildirib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ağacların vegetasiya dövrü olmasına baxmayaraq ərazidə budama işlərinin aparıldığı müəyyən olunub.

 

o qeyd edib ki, mütəxəssislər tərəfindən aparılan araşdırma zamanı budama işlərinin düzgün aparılmadığı, ağacların 4-5 metr hündürlükdən sərt budandığı məlum olub: "İşlərin təcili dayandırılması və budanan ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə aprelin 15-də Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məcburi göstəriş verilib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat