Yaxın günlərdə müharibə əlillərinə avtomobillərin verilməsinə başlanılacaq.
Modern.az-ın məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib.
Onun sözlərinə görə, avtomobillər tibbi sosial ekspertizanın rəyi olduğu şəxslərə təqdim olunacaq:
“Ümumilikdə indiyədək müharibə əlillərinə 7200-dən çox avtomobil verilib. Bu il də Nazirlər Kabinetinin qərarı ilə müharibə əlilləri avtomobil ilə təmin olunacaqlar və bu proses yaxın günlərdə həyata keçirilməyə başlanılacaq”.