Modern.az

Daha iki ölkədə ABŞ səfirliyinə hücum edilib

Daha iki ölkədə ABŞ səfirliyinə hücum edilib

Dünya

14 Sentyabr 2012, 21:35

Məhəmməd peyğəmbərin tənqid olunduğu filmə etiraz olaraq bir neçə müsəlman ölkəsində ABŞ səfirliyə hücumlar olub. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Liviya, Misir, Yəməndən sonra Sudan və Tunisdə də Amerika səfirliyinə atəş açılıb. Xeyli sayda müsəlmanın ayağa qalxdığı Sudanda isə etirazçılar ABŞ səfirliyə silahlı hücum ediblər. Səfirliyin binası bir neçə saat atəşə tutulub. Daha sonra etirazçı kütlə Böyük Britaniyanın səfirliyinə doğru irəliləyərək səfirliyin binasını mühasirəyə alıblar. Üsyançılar daha sonra Almaniya və İngitlərə səfirlikərinə daxil olaraq bu ölkələrin bayraqları yandıraraq islam dinini özündə təcəssüm etdirən yaşıl bayraqlar asıblar. İlkin məlumatlara görə, Sudanda baş verən aksiyalarda ölən və yaralanan olmayıb

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar