Modern.az

Bakıda yaşayış binasında yanğın - tüstüdən zəhərlənənlər var

Bakıda yaşayış binasında yanğın - tüstüdən zəhərlənənlər var

18 Aprel 2021, 09:37

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd soyuducu və mebel 0,5 m² sahədə yanıb.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir