Modern.az

Tbilisidə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd edildi

Tbilisidə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd edildi

Aktual

18 Aprel 2021, 12:58

Paytaxt Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan aşıq sənətinin görkəmli sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunan tədbir keçirilib.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, mərasimdə söz ustadının həyat və yaradıcılığından bəhs edilib, onun əsərlərindən parçalar səsləndirilib. Tədbirdə çıxış edən, Professor Mahmud Kamaloğlu, Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Ramel Lətifov, Yunus Əmrə İnstitutunun Tbilisi üzrə koordinatoru Ali Oğuzhan Yüksel, belə bir tədbirin təşkilinə görə, Azərbaycan Mədəniyyəti Mərkəzinə təşəkkür edib bu kimi tədbirlərin davamlı olmasını arzu ediblər.

 

Çıxış edən natiqlər, Aşıq Ələsgərin aşıq məktəbinə verdiyi töhvələrdən söz açılıb. Qeyd olunub ki, Aşıq Ələsgər Borçalı mahalına da səfər edib.

 

Tədbir aşıq Nargilə Mehtiyevanın rəhbərlik etdiyi “Meydan” qrupu və yerli aşıqlar Şahbaz Göycəoğlu, Samir Qaraxanov, Əfqan Şamilov Aşıq Ələgərin şeirləri ilə sazda ifalarla davam edib. N.Mehtiyeva, Gürcüstanı 2018-ci ildə Avroviziya mahnı müsabiqəsində təmsil etmiş Mixail Cavaxişvili və “İaloni” qadın ansamblının birgə ifasında təqdim olunan “Balaca oğlan itirmişəm” məşhur gürcü folklor nəğməsini mərasim iştirakçıları böyük maraqla qarşılayıblar. Sintez olunmuş kompozisiyaya Aşıq Ələsgərin “Çərşənbə günündə çeşmə başında” şeirindən parça daxil edilib.

 

Yubiley axşamında azərbaycanlı ziyalılar, məktəblilər və gənclər iştirak ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!