İnsanların öz doğum günündə ölüm riski daha yüksəkdir. Modern.az xəbər verir ki, bu haqda araşdırmanı İsveçrənin Sürix Universiteti aparıb. Elm adamlarının apardığı araşdırmanın nəticəsinə görə, doğum günündə ölüm riski digər günlərdən yüzdə 14 faiz daha çoxdur.
Alimlər 1969 və 2008-ci illər arasında 2 milyon insanın ölüm anını incələyiblər. Bu zaman bilinib ki, yaşlı insanlar doğum günlərində yaranan həyəcan və stress səbəbilə infarkt keçirir, intihar edir və ya qəza edirlər.
Araşdırmalar nəticəsində məlum olub ki, doğum günündə spirtli içkidən ölüm daha çoxalıb. Həmçinin, bildiriblər ki, xüsusilə yaşlılar üçün doğum günü ağır stressə səbəb olur.
S. İltifatqızı