Modern.az

Təhsil Nazirliyi jurnalistlər üçün müsabiqə ELAN ETDİ

Təhsil Nazirliyi jurnalistlər üçün müsabiqə ELAN ETDİ

Aktual

19 Aprel 2021, 13:02

Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında “Qalib müəllim” videohekayə müsabiqəsinə start verilir.

 

Modern.az xəbər verir ki, 19 aprel-28 may tarixlərini əhatə edən müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.

 

Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir:

“Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk;

“Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi.
 

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər;

Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır;

İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 21 may 2021-ci il tarixinədək  [email protected]  elektron ünvanına  göndərməlidir;

Hər iştirakçı bir videohekayə göndərə bilər;

Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.

 

 

Müsabiqənin yekununda videohekayələr Təşkilat Komitəsi tərəfindən dəyərləndiriləcək və qaliblər müəyyən olunaraq təltif ediləcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat