Modern.az

İmtahana buraxılmayan 32 şagirdə görə məktəb rəhbərliyi CƏZALANDIRILACAQ

İmtahana buraxılmayan 32 şagirdə görə məktəb rəhbərliyi CƏZALANDIRILACAQ

Aktual

19 Aprel 2021, 12:56

Bakı şəhəri 323 nömrəli tam orta məktəbin 32 nəfər XI sinif şagirdinin texniki xəta səbəbindən buraxılış imtahanlarında iştirak edə bilməməsi ilə bağlı yaranan problem şagirdlərin xeyrinə müsbət həllini tapıb.

 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a məlumat verilib. Bildirilib ki, bununla bağlı valideynlərə məlumat verilib. Onların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi təmin olunub.

 

Qeyd olunan şagirdlər DİM tərəfindən təşkil olunacaq buraxılış imtahanlarında iştirak edə biləcəklər.

 

Məsələnin həllinə operativ yanaşmadığına görə məktəb rəhbərliyi haqqında müvafiq ölçü götürüləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat