Modern.az

Bazar günü 19 nəfərə vaksin vurulub

Bazar günü 19 nəfərə vaksin vurulub

Aktual

19 Aprel 2021, 16:40

Azərbaycanda son sutkada  19  nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 16 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 3 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1337380 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 889232 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448148 nəfərdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat