Modern.az

Daha bir Universitetin əməkdaşlarına vaksin vurulur

Daha bir Universitetin əməkdaşlarına vaksin vurulur

Aktual

19 Aprel 2021, 19:11

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, Bakı Dövlət Universitetində (BDU) əməkdaşların vaksinasiyası davam edib.

Universitetdən Modern.az-a bildirilib ki, bu gün ərzində 150-dək əməkdaş peyvəndlənmə prosesində iştirak edib.

BDU əməkdaşları könüllü şəkildə məntəqəyə gələrək xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə vaksinasiya olunublar.

BDU-nun müraciətini nəzərə alaraq TƏBİB Universitetin ərazisindəki poliklinikada səyyar vaksinasiya məntəqəsi yaradıb. Poliklinikada 2 qeydiyyat, 2 müayinə, 2 vaksinasiya otağı ən zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunub. Vaksinasiyanı TƏBİB-in peşəkar həkim briqadası həyata keçirir.

Vaksinasiya sabah da davam edəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat