İranın təhlükəsizlik naziri Mahmud Ələvi koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, nazir artıq bir həftədir ki, ev şəraitində karantinə alınıb.
Məlumata görə, onun səhhəti qənaətbəxşdir.
Qeyd edək ki, ötən il Mahmud Ələvinin atası koronavirusdan vəfat edib.