Modern.az

Qəbələdə ustanı elektrik vurub öldürdü

Qəbələdə ustanı elektrik vurub öldürdü

Aktual

19 Aprel 2021, 22:04

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayon ərazisindəki elektrik yarımstansiyalarından birində qeydə alınıb.

 

Belə ki, yarımstansiyanın işçisi, 1959-cu il təvəllüdlü Nəsir Yusif oğlu Yusifov 3 saylı 10 kilovoltluq qapalı paylayıcı qurğuda işləyərkən dünyasını dəyişib. İlkin ehtimala görə, ustanın ölümünə elektrik cərəyanı vurması səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat