Modern.az

Bu üç komanda Çempionlar Liqasının yarımfinalından kənarlaşdırıla bilər

Bu üç komanda Çempionlar Liqasının yarımfinalından kənarlaşdırıla bilər

Aktual

19 Aprel 2021, 23:39

Avropa Superliqasına qoşulan “Real”, “Mançester Siti” və “Çelsi” klubları Çempionlar Liqasının yarımfinalından kənarlaşdırıla bilər.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Danimarka Futbol İttifaqının prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü Yesper Meller bəyan edib.

 

Onun sözlərinə görə, məsələ ilə bağlı qərar qurumun cümə günü keçiriləcək iclasında qəbul edilə bilər.

 

“Klubları kənarlaşdırmaq lazımdır. Bunun cümə günü baş verəcəyini gözləyirəm. Çempionlar Liqasını necə bitirəcəyimizə isə sonra baxarıq”, - deyə Meller bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat