“Xüsusi istedadı olan uşaqların vaxtından əvvəl I sinfə qəbulu yoxdur”.
Modern.az xəbər verir ki, bu barədə bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov danışıb:
“Xüsusi istedadlı uşaqlar da 6 yaşı bitəndə eyni formada qeydiyyatdan keçib birinci sinfə qəbul ola bilərlər.
Hər hansı səbəblərdən uzun müddət təhsildən kənar qalan uşaqlar isə 8 yaşı bitəndə birinci sinfə qəbul oluna bilərlər. Onlar uzun müddət təhsildən kənar qalan şəxslər üçün fərdi tədrisə cəlb edilirlər”.