Modern.az

Suriyada uzun müddət sonra prezident seçkisi keçiriləcək

Suriyada uzun müddət sonra prezident seçkisi keçiriləcək

Aktual

20 Aprel 2021, 15:15

Ölkə parlamenti Bəşər Əsəd Suriyada gələn ay prezident seçkisi keçirəcəyini bildirib.

Modern.az xəbər verir ki, baş tutacaq seçki vətəndaş müharibəsi dövründə ikinci prezident seçkisi olacaq. 2014-cü ildəki seçkidə Bəşər Əsəd 92% səs çoxluğu ilə qalib olmuşdu. Ancaq seçki Suriyadakı müxaliflər və ABŞ tərəfindən qeyri-demokratik, qanunsuz olaraq qiymətləndirilmişdi.

Qeyd edək ki, Bəşər Əsədin davam edən qarşıdurmaya və böyüməkdə olan iqtisadi böhrana baxmayaraq ciddi müqavimətlə qarşılaşacağı gözlənilmir.

Aysel Məhərrəmova

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat