Modern.az

COVID-19 peyvəndi hazırlayan azərbaycanlı professor Modern.az-a DANIŞDI: “Sprey formasındadır”

COVID-19 peyvəndi hazırlayan azərbaycanlı professor Modern.az-a DANIŞDI: “Sprey formasındadır”

20 Aprel 2021, 16:26

Türkiyənin Akdeniz Universiteti COVID-19-a qarşı dərman və peyvənd hazıladığını açıqlayıb.

 

Azərbaycanlı professor Tərlan Məmmədov və qrupu tərəfindən hazırlanan dərmanın bir tütün növü olan "nikotiana benthamiana" nın yarpaqlarında olan zülala əsaslandığı deyilir. Dərmanın sprey formasında olacağı bildirilib.

 

Biologiya elmləri doktoru, professor Tərlan Məmmədov dərman haqqında Modern.az-a danışıb. O bir ildən çoxdur ki, bu dərmanın üzərində çalışdıqlarını qeyd edib:

 

“Dərman üzərində çox testlər aparılıb. Son testlərimiz isə canlı virusla olan testlərdir. Dərman virusun hüceyrəyə girməsinin yüksək həssaslıqla qarşısını alır, bunu sübut etmişik. Dərman sprey formasındadır, bu cür olmasının səbəbi odur ki, yüksək miqdarda sintez edilib, rukombinat, yəni yeni texnologiya ilə alınmış enzimdir, protein təbiətlidir. Hazırda sprey formanın üzərində çalışırıq. Sprey formasında olmasının digər səbəbi isə insanların rahatlıqla istifadə edə bilməsidir. Məsələn, sıxlıq olan bir yerə getdiyimiz zaman spreydən biraz burnumuza vurmaq kifayət edəcək ki, o bizi virusdan qorusun.

 

Dərmanın ilk növbədə vaksin formasında vurulmasını da düşünürük. Bu zaman effekti daha yüksək ola bilər. Virusun hüceyrəyə girməsini əngəlləyəcək. eyni zamanda bədəndə virus varsa onun yayılmasının qarşısını alacaq, virusu bloklaya bilər. Hazırladığımız dərman insanlara vaksin formasında vurulsa, əvvəlcə təcrübə edilməlidir. Sprey formasında istifadəyə verilsə, heç bir təcrübəyə ehtiyac olmayacaq”.


Mehri QURBAN

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir